(+994 12) 342 32 43 /404 19 21 Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC

BÜZMƏLİ KARTON QUTU İSTEHSALI

Haqqında

Xırdalan Karton Fabriki 1996-cı ildə aparılan yenidən qurma işləri nəticəsində fəaliyyətini bərpa etdi. Hazırda fabrikin illik istehsal gücü 3 növbəli fasiləsiz iş rejimində 75 milyon m² qorfa məhsulu təşkil edir.

Fabrikdə istehsal olunan kağız məhsulları dünya standartlarına uyğun olub, bu adda məhsul istehsal edən qabaqcıl müəssisələr ilə rəqabət aparmaq gücünə malikdir. Burada B, C, E və BC, BE dalğalı qofra-kartonlar istehsal edilir.

Fabrik 6.63 ha əraziyə malikdir ki, bunun da 5.5 ha tikinti altındadır. Fabrik avtomat dəmir yol xətti və avtomatik yanğınsöndürmə qurğusuna malikdir.

Tullantısız istehsala malik müəssisə 2001-ci ildə ISO-9000 keyfiyyətin idarə edilməsi sistemi sertifikatını əldə etmişdir. Kağız sənayesi üçün texnika və texnologiyanın əldə edilmiş son nailiyyətləri fabrikdə tətbiq olunur. Fabrikdə çalışan yüksək ixtisaslı peşəkar mühəndis və texniki işçi qrupu müştəriyə qablaşdırma prosesində dəyərli məsləhətlər verir, onların işinin daha düzgün, ucuz və keyfiyyətli olması üçün hər cür dəstək göstərir.

Ölkəmizin karton qablaşdırma sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Azərsun Sənaye parkı ərazisində istehsal gücü 70 milyon m² olan ehtiyyat bir büzməli karton istehsalı sahəsi yaradılmışdır. İki fabrikin bərabər işlədiyi zaman ölkə ehtiyacını 170% qarşılanmasına imkan verir.

Rusiyanın öndə gedən firmalarının sellülozlu və təbii kağız markalarından, həmçinin öz müəssisəmizin istehsal etdiyi kağızlardan istifadə edərək istiqaməti üzrə kağız və karton sektorunun demək olar ki, bütün zəruri məhsullarını istehsal edirik.

  • Kənd təsərüffatı sektoruna aid bütün çeşid qablaşdırma məhsulları
  • Şirniyyat sektoruna aid bütün tiplərdə iç və çöl qablaşdırmalar
  • Şərab, süd sektoru üçün karton qablaşdırma məhsulları
  • Digər qida və qeyri-qida sektorlarının karton qablaşdırma məhsullarına olan ehtiyaclarını qarşılama imkanlarımız vardır.

2019 © akkik.az Bütün hüquqlar qorunur! Bu bir Apamark məhsuludur.