(+994 12) 342 32 43 /404 19 21 Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC

KAĞIZ TULLANTILARININ TƏDARÜKÜ

Haqqında

Müəssisə Azərsun Holdinq Şirkətlər Qrupu nəzdində fəaliyyət göstərən “Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı”nın xammal ehtiyacının ödənməsi üçün 2011-ci ildə yaradılmışdır. “AKKİK MMC” daxilində fəaliyyət göstərən “Kağız Tullantılarının Tədarük Müəssisəsi” bu sahədə xüsusi ilə ixtisaslaşmışdır. Müəssisə  respublikamızın bölgələri və Bakı şəhərində 100-ə yaxın kağız toplama mərkəzi, 90-a yaxın personal, 18 toplama maşını və 100-dən çox tədarükçü ilə ayın bütün günləri daxil olmaqla (08:00-03:00 qrafiki ilə) daimi sürətdə 3000 tondan çox makulatura toplayaraq yenidən istehsala verir. Departament hal-hazırda demək olar ki, bütün dövlət orqanları, (Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Mərkəzi Bank, ASAN Xidmət, Miqrasiya Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Daxili Təhlükəsizlik Xidməti, universitetlər, rayon təhsil mərkəzləri və s.) müəssisələr (SOCAR, BP, Azər Kimya İB, Beynəlxalq Bank, Azercell, Bakcell və s.) xarici dövlətlərin ölkəmizdəki səfirlikləri ilə ( Amerika, Yaponiya, İtaliya, Türkiyə, Rusiya, Fransa, Almaniya  səfirlikləri və s.) sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.


2019 © akkik.az Bütün hüquqlar qorunur! Bu bir Apamark məhsuludur.