(+994 12) 342 32 43 /404 19 21 Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC

MEDİA MƏRKƏZİ

ABŞ Səfirliyi İlə birgə layihə

ABŞ Səfirliyi İlə birgə layihə

Kağız TullantılarınınTəkrar Emalı Müəssisəsi ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə layihəyə start vermişdir. Beləki təşkil edilən birgə layihə çərçivəsində səfirlik tərəfindən ayrılmış xüsusi yerə ilk olaraq kağız və karton tullantıları qəbulu həyata keçirilmişdir.

Səfirliyin əməkdaşları, o cümlədən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın xanımı Ann Sekuta tədbirdə iştirak etmişdir. Layihə əsnasında bəhs edilən əsas mövzulardan biridə o, olmuşdur ki,  təkrar istehsal sahəsində Amerika təcrübəsini Şirkətlər qrupu ilə bölüşməyə dair təkliflər hazırlanacaq və bu təkliflər əsasında ölkəmizdə digər səfirliklərdə bu layihəyə cəlb olunacaqdır.

ABŞ səfirliyi ilə bu layihənin reallaşması onu göstərir ki, digər sahələrdə olduğu kimi, Azərbaycanda təkrar istehsal sektorunda da “Azersun Holding” özünə məxsus yerdədir.

2019 © akkik.az Bütün hüquqlar qorunur! Bu bir Apamark məhsuludur.