(+994 12) 342 32 43 /404 19 21 Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC

MEDİA MƏRKƏZİ

Bakıda məişət tullantılarından hazırlanan rəsm əsərlərinin sərgisi təşkil edilib

Bakıda məişət tullantılarından hazırlanan rəsm əsərlərinin sərgisi təşkil edilib

Azərbaycan Rəssamlar İttifaqında “Azərsun Holdinq”in dəstəyi ilə “The İnternational School of Azerbaijan” məktəbinin şagirdlərinin 5-ci illik “Təkrar dizayn etmək” adlı rəsm sərgisi təşkil edilib. Dövlət rəsmiləri, ictimai xadimlər, ABŞ-nın ölkəmizdəki səfiri və digər xarici diplomatik nümayəndəliklərin rəhbər şəxslərinin də qatıldığı tədbir ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.  Sərginin əsas məqsədi insanların diqqətini tullantıların idarə edilməsinə çəkmək olub. Şagirdlər məişət tullantılarından müxtəlif incəsənət əsərləri yaradaraq zibil qutularına atılan bir çox məhsulların təkrar istifadə edilməsinin və gözəlliyə çevirilməsinin mümkün olduğunu nümayiş etdiriblər. Həmçinin sərgidə tullantılardan hazırlanan geyimlərin, musiqi alətlərinin nümayişi və rəsm əsərlərinin auksiona çıxarılması həyata keçirilib. Qeyd edək ki, “Azərsun Holdinq” tullantıların təkrar emalı və ətraf mühitin mühafizəsi istiqamətində çox mühüm addımlar atır. Şirkətin nəzdində fəaliyyət göstərən Azərbaycan Kağız və Karton İstehsalat Kombinatında tullantı kağızların təkrar emalı nəticəsində il ərzində minlərlə ağac məhv edilməkdən qorunmuş olur.

2019 © akkik.az Bütün hüquqlar qorunur! Bu bir Apamark məhsuludur.