(+994 12) 342 32 43 /404 19 21 Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC

MEDİA MƏRKƏZİ

“Hər kağızı bir yarpağa dəyişək” layihəsi

“Hər kağızı bir yarpağa dəyişək” layihəsi

“Hər kağızı bir yarpağa dəyişək” layihəsi IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 18 mart 2015-ci il tarixində start verilmişdir.

Layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir. Eyni zamanda, layihəyə dəstək məqsədilə “ASAN xidmət” mərkəzlərində ASAN Könüllüləri tərəfindən “Yaşıl ASAN” təşəbbüsü irəli sürülüb və yüzlərlə gənc bu təşəbbüsün iştirakçısına çevrilimişdir.

Layihə çərçivəsində Bakı şəhərində və regionlarda yerləşən ASAN Xidmət Mərkəzlərinin qarşısında istifadə olunmuş kağızların qəbul məntəqələri quraşdırılmışdır. Bununla yanaşı, kağız tullantılarının ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması AZERSUN HOLDİNG (AKKİK MMC) tərəfindən təşkil edilmişdir.

 

2019 © akkik.az Bütün hüquqlar qorunur! Bu bir Apamark məhsuludur.