(+994 12) 342 32 43 /404 19 21 Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC

MEDİA MƏRKƏZİ

“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə UNEC-dən dəstək

“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə UNEC-dən dəstək

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA ictimai birliyinin təşəbbüsü ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədbir keçirilib. UNEC “Yaşıl universitet” şüarı altında layihəyə dəstək göstərib. UNEC-in professor-müəllim heyəti və tələbələri qarşısında çıxış edən İDEA İB-nin nümayəndəsi Nəzakət İsayeva bildirib ki, layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Qeyd edib ki, aksiya, eyni zamanda ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təbliğ edir. Qurumun rəsmisi bu tip layihələrdə xüsusi fəallığına görə UNEC kollektivinə İDEA İB-nin təşəkkürünü çatdırıb. UNEC-in İqtisadi məsələlər üzrə prorektoru Mikayıl Zeynalov universitetdə ekoloji layihələrə xüsusi önəm verildiyini, əməkdaşlar arasında bu mövzuda təbliğat işlərinə xüsusi diqqət yetirildiyini bildirib. UNEC kollektivinin Badamdar qəsəbəsində yerləşən 2 hektar boş sahədə 1500-dən artıq ağac əkdiyini və Ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə həmin ərazidə iməclik işlərinin aparıldığını diqqətə çatdırıb. Həmçinin UNECin “Elektron universitet” modelinin tərkib hissəsi olan “Elektron sənəd dövriyyəsi”nə keçidlə bağlı universitetdə kağızdan istifadənin minimuma endirildiyini vurğulayıb. Sonra “Hər kağızı bir yarpağa dəyişək” layihəsində aktiv iştirakına görə UNEC-in kollektivinətəşəkkürnamə təqdim edilib. Sonda UNEC kollektivi 10 tondan çox kağız tullantısını “Azərsun Holdinq”in Kağız və Karton İstehsalat Kombinatında təkrar emal edilməsi üçün təhvil verib.

2019 © akkik.az Bütün hüquqlar qorunur! Bu bir Apamark məhsuludur.