(+994 12) 342 32 43 /404 19 21 Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC

MEDİA MƏRKƏZİ

İlham Əliyev Kağız və karton istehsalat kombinatının açılışında iştirak etmişdir

İlham Əliyev Kağız və karton istehsalat kombinatının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak etmişdir.

Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində Azərbaycan kağız və karton istehsalat kombinatının yaradılması sənayenin bu sahəsinin inkişafını daha da sürətləndirəcəkdir. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə ölkəmizdə gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verəcəkdir. Digər tərəfdən bu cür müəssisələr ölkənin iqtisadi inkişaf strategiyasının mühüm komponentlərinin daha keyfiyyətlə və uğurla icrasına təminat verir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2014-cü il ölkədə “Sənaye ili” elan edilmişdir. Belə müəssisələrin məhz bu il istifadəyə verilməsi isə “Sənaye ili”nin uğurlu olacağının daha bir göstəricisidir. Bu müəssisə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kredit və “Azərsun Holdinq” MMC-nin vəsaiti hesabına inşa olunmuşdur.

Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılmışdır. Böyük həcmdə investisiya tələb edən bu kombinat Qafqazda yeganə olaraq Azərbaycanda qurulmuşdur. İstehsal korpusu, müxtəlif bölmələr və hazır məhsul anbarından ibarət olan müəssisə aparıcı ölkələrin tanınmış şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmişdir. Burada qurulan avadanlıq hesabına yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul əldə etmək mümkündür. Ümumilikdə, kombinatda istehsal prosesi dünya standartları və təcrübəsi əsasında həyata keçirilir. Kombinatın illik emal gücü 50 min tondur. Bu layihənin Sumqayıt ərazisində həyata keçirilməsi şəhərin sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyətə malikdir.

Kombinatda 150 nəfər işlə təmin edilmişdir.

Müəssisənin fəaliyyətə başlaması kağız tullantıların təkrar istifadəsini təmin etməklə yanaşı, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayır. Hesablamalara görə, müəssisənin fəaliyyəti nəticəsində ildə 850 min şam ağacının kəsilməsinin və meşələrin məhv olmasının, həmçinin atmosferə xeyli miqdarda zərərli maddələrin buraxılmasının qarşısı alınacaqdır. Müəssisənin xammala tələbatının 90 faizi tullantı kağızın tədarükü hesabına ödəniləcəkdir.

Bu məqsədlə respublikanın regionlarında gündəlik 60-70 ton kağız tullantıları tədarük etmək imkanına malik olan 30 məntəqənin yaradılması nəzərdə tutulur. Layihənin reallaşdırılması bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır.

2019 © akkik.az Bütün hüquqlar qorunur! Bu bir Apamark məhsuludur.