01.06.2016-cı il və 15.06.2016-cı il tarixləri aralığında Sumqayıt şəhərinin bütün təhsil ocaqları arasında (baxça, orta məktəb, texnikum və universitetlər) Azərbaycan Respublikası Təhsil Nazirliyi, ASAN xidmət, Yaşıl ASAN və ASAN könüllüləri ilə birlikdə “Sadəcə bir vərəq deməyək” kağız toplama yarışına start verilmişdir. Layihə çərçivəsində 40.733 kg kağız toplanmışdır. Yarışma əsasında maarifləndirici xarakterli posterlər hazırlanaraq məktəblilərə paylanmışdır. Yarışa toplamda 70 mindən çox tələbə, şagird və müəllim heyəti cəlb edilmişdir.
24.06.2016-cı il tarixində isə Azərbaycan Respublikası Təhsil Nazirliyi, ASAN xidmət rəsmiləri, şəhər təhsil şöbəsinin müdürü, məktəb direktorları, müəllim və şagirdlərin iştirakı ilə yekun tədbir keçirilmişdir. Tədbirə 200-dən çox iştirakçı qatılmışdır. Tədbirdə layihənin təşkilindən, əhəmiyyətindən və Azersun Holdingin bu istiqamətdə siyasətindən danışılmışdır. Sonda ən çox kağız təhvil vermiş məktəblərin şagirdləri mükafatlandırılmış və onlara xüsusi sertifikatlar, eyni zamanda həvəsləndirici hədiyyələr verilmişdir.
1050 Çapa göndər