IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə kağız tullantılarının toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” sosial aksiyası keçirilmişdir.
Kağız tullantılarının bir yerə toplanması ilə simvolik qurulan “dağ” sosial məsuliyyəti anlayan bir qrup insanı bir yerə toplamış və ”yaşıl” gələcək üçün çağırış etmişdir.
IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Azersun Holding" MMC, dövlət qurumları, özəl sektor nümayəndələrini, qeyri-hökümət təşkilatları və vətəndaşları ətraf mühitin mühafizəsi naminə “Yaşıl dağ” aksiyasında iştirak etməyə dəvət etmişdir.
951 Çapa göndər