(+994 12) 342 32 43 /404 19 21 Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC

OFSET İSTEHSALI

Haqqında

Ofset İstehsal Sahəsi güclü sərmayə təməlli, təcrübəli və dinamik çalışanları, müştəri yönümlü yanaşımı və yenilikçi tətbiqləri ilə 2012-ci ildən özəlliklə qida sektorunun öndə gedən firmalarına xidmət etməkdədir. “Azərsun Holdinq” tərəfindən böyük həcmdə sərmayələr ayrılaraq , müasir texnologiyaların  tətbiqi  ilə istehsal sahəsi hal-hazırda büzməli kartona sıvanmış,tək karton ofset baskılı qutu, tava,  flekso çaplı nəm salfet və stik şəkər tozu qablaşdırma məmulatlarına  olan  tələbatları  ödəməyə  qadirdir. Ofset istehsal müəssisəsi ildə 6 milyon m2 məhsul istehsal etmə gücünə malikdir.

İstehsal etdiyimiz məhsulların kağızları Rusiya, Finlandiya, Koreya və  Türkiyənin ən öndə gedən firmalarının marka kağızlarıdır. Qidaya uyğun və sağlamlığa tam zərərsizdir.

Ofset istehsal sahəmizdə aparılan bəzi işlər:

  • UV lak, dispersion lak, selofon çəkmə,
  • Termoselofonlama,
  • Gümüşü ve ya qızılı zər çap etmə,
  • Qəlib ilə kəsmə və qabartma,
  • Qutu və tavaların  pəncərələnməsi, 
  • 6 ve 8 nöqtədən yapışdırma,
  • 2, 3 ve 5 qatlı Ofset sıvamalı büzməli qutu, tava  istehsalı və s.

2019 © akkik.az Bütün hüquqlar qorunur! Bu bir Apamark məhsuludur.