(+994 12) 342 32 43 /404 19 21 Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC

TƏBİƏTİ QORUYAQ

Sosial aksiyalar

Ekoloji maarifləndirmənin gənc yaşlarından başlanmasının daha da effektli olmasını əsas götürərərk 2016-cı ildən departament önünə çox böyük hədəflər qoymuşdur. Belə ki, bütün Azərbaycan üzrə gənc nəsildə təkrar istehsal şüurunun formalaşdırılması, onların maarifləndirilməsi adı altında elm təhsil ocaqlarında şagird və tələbələrlə görüşlər keçirilməsinə başlanılmış, onlara təkrar istehsal anlayışı, onun əhəmiyyəti, müasir dünyamızda rolu haqqında tədrislər verilməsinə başlanmışdır. İlk olaraq Azərbyacan Respublikası Təhsil Nazirliyinin ekologiya qrupu, Azərkimya İB ilə Sumqayıt məktəbliləri ilə görüşülmüş və tədris verilmişdir. Həmçinin fəliyyətimizi daha da genişləndirmək və tanıtmaq üçün 2014-cü ildən başlayaraq “İDEA” ictimai birliyi və “ASAN XİDMƏT” agentliyi ilə birgə “Hər vərəqi bir yarpağa dəyişək” layihəsinə başlanılmış və layihə çərçivəsində Sumqayıt, Bərdə, Sabirabad şəhərlərində “Yaşıl Dağ” aksiyaları keçirilmiş və 600 tondan çox makulatura yığılmışdır. Bu müddət ərzində müəssisə və təşkilatlarda 3000 dən çox “Yaşıl qutu” yerləşdirilmişdir ki, bu da insanların çox böyük marağına səbəb olmuş və bu layihələrə öz töhfələrini vermişlər. Hazırda bu aksiyalar mütəmadi olaraq davam etdirilməkdədir. Unutmayaq ki, 1 ton istifadə edilmiş kağız 17 şam ağacına bərabərdir. Gəlin təbiəti birlikdə qoruyaq!

2019 © akkik.az Bütün hüquqlar qorunur! Bu bir Apamark məhsuludur.