(+994 12) 342 32 43 /404 19 21 Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC

TƏBİƏTİ QORUYAQ

Faydalı

Təkrar emal nədir?
İstehlak edilən tullantıların müxtəlif fiziki və kimyəvi əməliyyatlardan sonra təkrarən istehsal prosesinə daxil edilməsinə təkrar emal adlanır.

Təkrar emalın əhəmiyyəti

  • İnsan sağlamlığının və ətraf mühitin qorunması;
  • Enerjinin qənaətlə istifadə edilməsi;
  • Dayanıqlı iqtisadi inkişafın formalaşması.

Təkrar emalın faydaları nədir?
İstehlak etdiyimiz tullantıları təkrar istehsal prossesinə qatmaqla artan insan sayının və təbii balansın pozulması qorumuş oluruq. Tullantı kağızı təkrar kağız emalatında istifadə etdiyimizdə hava çirkliliyini 74-94%, su çirkliliyini 35%, su istifadəsini 45% azaltmış oluruq. Ətraf mühitə və ölkə iqtisadiyyatına olan mənəvi borcumuza görə müasir dövrümüzdə hər bir vətəndaş təkrar istehsal layihəsinin bir hissəsi olmalıdır.

Nə etməli?

  • Həm yazarkən, həmdə nüsxəsini çıxardarkən kağızların arxa səhiflərindən istifadə edilməli;
  • Kağız və kartonu digər tullantılarla qarışdırmamalı;
  • Topladığımız kağızları təkrar istehsal müəssisəsinə təhvil verməli və hər kəsə bu fikirləri aşılamalı;
  • Kiçik həcmli alış-verişlərdə mümkün olduqca plastik paketlərdən az istifadə etməli;
  • Plastik paket və yemək qabları kimi plastik məhsulları yenidən istifadə etməli;

Təkrar emal ilə bağlı faktlar

  • Dünya üzrə məlumatların 90%-i kağız üzərindədir və onların əksəriyyəti heç vaxt bir dəfə də olsun təkrarən baxılmır;
  • Hər il atılan kağız və kartonun təkrar istehsalı ilə 20 il ərzində 50 milyon evi qızdırmaq olar;
  • Kağız və karton təlabatını ödəmək üçün hər il ABŞ-da təxminən 1 milyarddan çox ağac kəsilir;
  • Hər bir insan ildə ortalama 1.5 ton bərk tullantını ətraf mühitə atır;
  • Təkrar istehsalın az olması səbəbi ilə hər dəqiqə orta hesabla 0.40 ha meşə sahəsi məhv edilir;
  • Kağızın təkrar istehsal prosesi digər kimyəvi prosseslərlə müqayisədə havanı 70% az çirkləndirir;
  • 1 ton qəzet kağızı üçün 24 ağac kəsilir;
  • 1 ton təkrar istehsal edilmiş kağız və karton 17 ağacı kəsilməkdən xilas edir;
  • 1 ton kağızın təkrar emalı 34 insanı oksigenlə təmin edə bilən 17 ağacın qorunması deməkdir;
  • Dünyada bütün qəzet kağızları təkrar istehsala getsə hər il 350 milyon ağacı xilas etmək olar;
  • Dünya üzrə bazar günü xəbərləri çap etmək üçün hər həftə təxminən yarım milyon ağac kəsilir.
  • 2-ci Dünya müharibəsində xammalın azlığı kağızın 33% təkrar istehsal edilməsinə səbəb olmuşdu;
  • Bir alüminum qablaşmanın təkrar istehsalından alınan enerji ilə televizoru 1 saatlıq işlətmək olar;
  • Bir ton plastikin təkrar istehsalı 1000-2000 qallon qazolinin istifadəinin qarşısını alır;
  • Hər il zibilliklərə atılan plastik butulkaları üst üstə yığmaqla 20 dəfə aya gedib gəlmək olar;
  • 1 ton plastikin təkrar istəhsalı 3500-7000 litr yanacağa qənaət etmək deməkdir;
  • Plastik butulkalar təkrar istehsal edilmədiyi halda təbiətdə 500 il qala bilir;
  • Bir plastik qutunun təkrar istehsalından alınan enerji ilə 60 voltluq elektrik lampasını 6 saat yandırmaq olar.
2019 © akkik.az Bütün hüquqlar qorunur! Bu bir Apamark məhsuludur.