(+994 12) 342 32 43 /404 19 21 Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC

HAQQIMIZDA

Dəyərlərimiz

Ədalət və düzgünlük prinsipi - Fəaliyyətlərimizin təməlində ədalət anlayışı durur, tərəzimizi düzgün qurar, başqalarının haqqına tənəzzül etmərik;

Fəaliyyət prinsipi - Hər kəsin əkdiyini biçəcəyinə, zəhmət çəkənin qarşılığını əldə edəcəyinə inanırıq;

Keyfiyyət siyasəti - Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir;

Məsuliyyət prinsipi - İstehsal etdiyimiz hər bir məhsulda insan sağlığı amilini dərk edir və bu məsələdə qətiyyən güzəştə getmirik;

Əxlaq prinsipi - Gözəl əxlaqa malik insanları işə alırıq, işçilərimizin "öz işinin lideri" olduğuna inanırıq;

İnam prinsipi - İşçilərimizin motivasiyasına önəm verir, performansları nisbətində maddi və mənəvi dəstək veririk;

Qrup ruhu - İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və fikirlərinə böyük önəm veririk;

Əməkdaşlıq prinsipi - İşçilərimizə etibarlı, təhlükəsiz və sağlam işləyəbiləcəkləri iş şəraiti yaradırıq;

Çeviklik prinsipi - Qurumumuzun işçilərinin dinamik və davamlı inkişafını nailiyyətlərimizin təməl əsası olaraq görürük;

Təşkilatçılıq prinsipi - Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk; 

Bərabərlik prinsipi - Bütün işçilərimizə və iş münasibətlərində olduğumuz şəxslərə din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq;

Texnoloji know-how prinsipi - Texniki yenilikləri sürətlə mənimsəyir, inkişaf etdirərək istifadə edir və öz know-how’umuzu formalaşdırırıq;

Mükəmməllik prinsipi - Ümumi keyfiyyət həyatımızdır;

Cəmiyyətə xeyir vermə prinsipi - Cəmiyyətə faydalı olmaq və çalışdığımız bölgənin xalqının etibarını qazanmaq üçün hədsiz dərəcədə səy göstəririk;

Ətraf mühitə hörmət prinsipi - Hər bir işimizdə ətraf mühiti, təbiəti qorumağa çalışırıq;

Qanunilik prinsipi - Olduğumuz ölkənin qaydalarına tabe oluruq;

Gələcək prinsipi - Atdığımız addımların gələcək nəsillərə işıq tutmasını hədəfləyirik;

Sevgi və hörmət prinsipi - Əlaqədə olduğumuz şəxs və qurumlarla qarşılıqlı hörmət prinsipləriylə davranır, bəşəri münasibətləri davamlı inkişaf etdirməyə diqqət edirik;

Ədalətli rəqabət prinsipi - Rəqabətin gücünə və bizi mükəmməlliyə aparacağına inanırıq!

2019 © akkik.az Bütün hüquqlar qorunur! Bu bir Apamark məhsuludur.