“AZƏRSUN KAĞIZ VƏ KARTON İSTEHSALATI KORPORASİYASI” ASC ENERJİ SİYASƏTİ
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC enerji istifadəsini strateji məsələ hesab edir və enerjidən səmərəli istifadə etməklə istehsalın dayanıqlığını, xərclərin azaldılmasını və ətraf mühitə məsuliyyəti təmin etməyi hədəfləyir. Bu məqsədlə biz:
- Enerji performansını və Enerji Menecment Sistemini davamlı yaxşılaşdırmağı;
- Enerji ilə bağlı qanuni və digər tələblərə tam uyğunluğu təmin etməyi;
- Ölçülə bilən enerji məqsədləri və hədəflərinin müəyyənləşdirilməsi üçün çərçivə yaratmağı və nəticələri mütəmadi izləməyi;
- Hədəflərə nail olmaq üçün lazımi resursların və etibarlı məlumatın əlçatanlığını təmin etməyi;
- Layihələndirmə və modernizasiya proseslərində enerji performansını nəzərə almağı, satınalmada isə enerji-effektiv məhsul və xidmətlərə üstünlük verməyi;
- Əməkdaşların enerji qənaətinə töhfəsini artırmaq üçün maarifləndirmə, təlim və motivasiya tədbirlərini həyata keçirməyi;
- Bu siyasəti sənədləşdirməyi, müəssisə daxilində kommunikasiya etməyi və maraqlı tərəflər üçün əlçatan saxlamağı öhdəmizə götürürük.