“Azərsun Holdinq”, Təhsil Nazirliyi və
Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə IDEA İctimai Birliyinin təşəbbüsü ilə
reallaşdırılan kağız tullantılarının toplanmasına həsr olunmuş "Yaşıl
dağ" sosial aksiyasına keçirilib. 5 saylı ASAN xidmət mərkəzində
keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov
aksiya çərçivəsində 4 "Yaşıl dağ" yaradıldığını, nəticədə 3 aya 79
ton kağız yığılaraq emala göndərildiyini deyib, Ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov dünya əhalisinin artmasının ekoloji duruma da təsirsiz
ötüşmədiyini bildirib və bu məsələnin həll edilməsi üçün müxtəlif layihələrin
reallaşdırılmasının vacib olduğunu bildirib, “Azərsun Holdinq”in Müşahidə
Şurasının sədri Abdolbari Goozal isə çıxışı zamanı ASAN Xidmətin ölkə rəhbərliyinin
Azərbaycanın inkişafı istiqamətində
atdığı çox vacib addım olduğunu söyləyib, o, həmçinin qeyd edib ki, rəhbərlik
etdiyi Şirkətlər Qrupu ekoloji tarazlığın təmin edilməsi və ətraf mühitin
qorunması məsələlərinə çox ciddi yanaşır. Təhsil nazirinin müavini Firudin
Qurbanov isə son zamanlar ekoloji durumun heç də ürəkaçan olmadığını və bunun
bütün dünyada qeydə alındığını, ölkəmizin faunasını qorumaq və zənginləşdirmək
üçün hər kəsin bu işə töhfə verməli olduğunu bildirib. Tədbirin sonunda aksiya
iştirakçıları topladıqları kağızları emal üçün təhvil veriblər. Qeyd edək ki,
“Azərsun Holdinq”ə məxsus Azərbaycan Kağız və Karton İstehsalat Kombinatında
tullantı kağızların təkrar emalı nəticəsində il ərzində 100lərlə ağac məhv
edilməkdən qorunmuş olur. 1 ton kağızın təkrar emalı nəticəsində:
- 17 ədəd şam ağacının kəsilməsi;
- 36 ton CO2 qazının atmosferə
atılması;
- 4100 kilovat elektrik
enerjisinin sərf olunması;
- 267 kq çirkli qazın atmosferə
buraxılması;
- 1750 litr yanacaq neftinin sərf
olunması;
- 3-4 m2 anbarlama sahəsindən
istifadə;
- 85 m2 meşə ərazisinin məhv
edilməsi;
- 38,8 ton suyun sərf
olunmasının qarşısı alınır.
Artıq Azərbaycanın 30 rayonunda
tullantı kağız və plastik toplama mərkəzləri fəaliyyət göstərir. Tullantı kağız
və ya plastik toplayan şəxslər ödənişsiz 120 telefon nömrəsinə zəng edərək
qaydalar barədə məlumat ala və sərfəli qiymətə topladıqları məhsulu təhvil verə
bilərlər.