"Molfix"
markası, "Azərsun Holdinq"lə əməkdaşlıq çərçivəsində, uşaq evlərinə və
aztəminatlı ailələrə dəstək olmaq məqsədilə ənənəvi sosial layihəsini davam
etdirir.
Bu dəfə
reallaşdırılmış aksiya çərçivəsində, Bakı və Gəncə şəhərlərindəki körpələr evinə
və uşaqlar evinə, həmçinin bir sıra aztəminatlı ailələrə "Molfix"
markasına aid uşaq bezləri hədiyyə edilib. Ümumilikdə, 12.000 bağlama uşaq bezi
ehtiyac sahiblərinə paylanılıb.
Bu sosial məsuliyyət
layihəsinin əsas məqsədi, Azərbaycanda ən çox sevilən və istifadə olunan uşaq
bezi markalarından biri olan "Molfix" ilə körpələrin və uşaqların
gündəlik ehtiyaclarını qarşılamaq, onların sağlamlığına dəstək olmaqdır.
"Molfix"
uşaq bezləri yüksək keyfiyyəti ilə tanınır. Azərbaycanda premium keyfiyyəti ilə
anaların etibarını qazanan "Molfix", həm də bu növ sosial layihələrə
verdiyi dəstəklə cəmiyyətin yanında olduğunu nümayiş etdirir.
Qeyd edək ki,
"Azərsun Holdinq"in nəzdində fəaliyyət göstərən Azərsun Kağız və Karton
İstehsalat Korporasiyası (AKKİK) dünyada ən böyük 5 uşaq bezi istehsalçısından
biri olan "Hayat Kimya"nın Azərbaycandakı rəsmi distributorudur.