Azərbaycanın ilk gigiyenik kağız markası “SUN” ənənəvi
olaraq bölgə əhalisini şəxsi gigiyena mövzusu ilə bağlı maarifləndirmə layihələrini
davam etdirir.
Son illərdə dünyada və ölkəmizdə pandemiyanın törətdiyi fəsadlar
gigiyenaya münasibəti də yenidən gündəmə gətirdi. Təəssüf ki, ölkəmizin bəzi
bölgələrində gigiyena qaydalarına, hələ də, tam əməl olunmur. Bu yanaşma özünü
xüsusən də tualet kağızından istifadədə göstərir. İnsanlar tualet kağızının suyun əvəzləyicisi
olduğunu düşünürlər. Halbuki, tualet kağızının funksiyası yuyunduqdan sonra dərinin
qurudulmasıdır.
Məsələnin vacibliyini nəzərə alaraq illərdir ölkəmizin
ən sevilən markalarından olan “Sun” növbəti dəfə sosial layihə həyata keçirib.
Həkimlər qapıdan qapıya gəzərək tualet kağızı istifadə edilmədikdə yayılan xəstəliklər
və bunun fəsadları barədə bölgə əhalisini məlumatlandırıblar. Həkim komandası
su ilə yuyunma gigiyenanın təməli olduğu, lakin yetərli olmadığını bildirib.
Bu ilki layihə
çərçivəsində Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar, Siyəzən, Şabran
rayonlarında, Sumqayıt və Bakı şəhərləri ətrafı kənd və qəsəbələrdə 13 min evə
gedilib. Su ilə yuyunduqdan sonra tualet
kağızından istifadə edilməməsi bakterial, virus, göbələk mənşəli və digər infeksion
xəstəliklərə yol aça biləcəyi mesajı verilib.
Bölgələrdə bəzən
rastlanan hallardan biri də tualet kağızı əvəzinə parça dəsmal, qəzet və ya
sərt boz rulonlardan istifadə olunmasıdır ki, bu isə E.Coli, Clostridium,
Fusobacterium və digər kimi infeksion xəstəliklərinə yoluxmasına səbəb ola
bilər.
Sakinləri
məlumatlandırmaqla yanaşı hədiyyə olaraq “Sun” tualet kağızı və “Al market”
şəbəkələrində istifadə edə biləcəkləri endirim kuponu təqdim edilib.
Sun – gələcək sağlam olsun!