Azərbaycan Kağız və Karton İstehsal Kombinatı fəaliyyətini yalnız istehsalçı kimi deyil, eyni zamanda distribyutor kimi də davam etdirir. Şirkət 1998-ci ildən etibarən dünyanın aparıcı sənaye təmizləyici vasitələri istehsalçısı Diversey və dünyanın beşinci ən böyük istehsalçısı olan Hayat Kimya*nın *Molfix, Molped, Evony və Bebem Natural markalarını Azərbaycanda aktiv şəkildə distribyusiya edir.
Güclü brendlərlə qurduğu əməkdaşlıq, bazarda davamlı inkişafının əsas açarıdır. Sadiqlik və bağlılıq isə bu dinamik iş birliyinin təməlini təşkil edir.