Azərbaycanın
ilk gigiyenik kağız markası olan "Sun" bu il 25 illiyini qeyd edir.
Adıçəkilən milli brendimiz bu münasibətlə on illərdir süfrələrin bəzəyi olan QU
məhsulunun alıcıları üçün Novruz bayramı ərəfəsində möhtəşəm lotereya təşkil edib. 2 tirajdan ibarət "Sun ilə hədiyyələr sənin olsun"
adlı layihə istehlakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bunun məntiqi nəticəsi
olaraq bayram ab-havalı lotereyaya rekord sayda - yarım milyona yaxın insan
qatılıb. Müqəddəs Ramazan ayında süfrələrini QU salfetləri ilə bəzəyən 125 ailəyə
müxtəlif hədiyyələrlə əlavə sevinc bəxş edilib.
Müxtəlif pul
mükafatı, ütü, televizor, paltaryuyan, qabyuyanların oynanıldığı lotereyanın ən
böyük və gözlənilən hədiyyəsi isə son model Hyundai Tucson avtomobili olub və
canlı yayımda sahibini tapıb.
Qeyd edək
ki, lotereyananın nəticələri ilə “Sun” salfetlərinin sosial media hesablarından
və sun25il.az saytından tanış ola bilərsiniz.