“AZƏRSUN KAĞIZ VƏ KARTON İSTEHSALATI KORPORASİYASI” ASC ENERJİ SİYASƏTİ
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası “ ASC enerji istifadəsini strateji məsələ hesab edir və enerjidən səmərəli istifadə etməklə istehsalın dayanıqlığını, xərclərin azaldılmasını və ətraf mühitə məsuliyyəti təmin etməyi hədəfləyir. Bu məqsədlə biz: Enerji performansını və Enerji Menecment Sistemini davamlı yaxşılaşdırmağı; Enerji ilə bağlı qanuni və digər tələblərə tam uyğunluğu təmin etməyi; Ölçülə bilən enerji məqsədləri və hədəflərinin müəyyənləşdirilməsi üçün çərçivə yaratmağı və nəticələri mütəmadi izləməyi; Hədəflərə nail olmaq üçün lazımi resursların və etibarlı məlumatın əlçatanlığını təmin etməyi; Layihələndirmə və modernizasiya proseslərində enerji performansını nəzərə almağı, satınalmada isə enerji-effektiv məhsul və xidmətlərə üstünlük verməyi; Əməkdaşların enerji qənaətinə töhfəsini artırmaq üçün maarifləndirmə, təlim və motivasiya tədbirlərini həyata keçirməyi; Bu siyasəti sənədləşdirməyi, müəssisə daxilində kommunikasiya etməyi və maraqlı tərəflər üçün əlçatan saxlamağı öhdəmizə götürürük. Şüarımız: Ölç – Azalt – Yaxşılaşdır.
Şüarımız: Ölç – Azalt – Yaxşılaşdır.