Ofset İstehsal Sahəsi güclü sərmayə təməlli, təcrübəli və dinamik çalışanları, müştəri yönümlü yanaşımı və yenilikçi tətbiqləri ilə 2012-ci ildən özəlliklə qida sektorunun öndə gedən firmalarına xidmət etməkdədir. “Azərsun Holdinq” tərəfindən böyük həcmdə sərmayələr ayrılaraq , müasir texnologiyaların tətbiqi ilə istehsal sahəsi hal-hazırda büzməli kartona sıvanmış,tək karton ofset baskılı qutu, tava, flekso çaplı nəm salfet və stik şəkər tozu qablaşdırma məmulatlarına olan tələbatları ödəməyə qadirdir. Ofset istehsal müəssisəsi ildə 6 milyon m2 məhsul istehsal etmə gücünə malikdir.
İstehsal etdiyimiz məhsulların kağızları Rusiya, Finlandiya, Koreya və Türkiyənin ən öndə gedən firmalarının marka kağızlarıdır. Qidaya uyğun və sağlamlığa tam zərərsizdir.
Ofset istehsal sahəmizdə aparılan bəzi işlər: