azerbaycan-kagiz-ve-karton-istehsal-kombinati

Azərbaycan Kağız və Karton İstehsal Kombinatının fəaliyyət sahəsi ildən-ilə genişlənir. Şirkət əsasən ölkə ərazisində kağız tullantıların toplanması, toplanan tullantı kağızlardan karton istehsalında xammal olan kağız rulonlar, müxtəlif çeşiddə və növdə 2,3,4,5 qatlı büzməli karton qablaşdırma məhsulları, müxtəlif çeşiddə etiketlər, kağız yumurta kasetlər, Ofset kağız-karton qablaşdırma məhsulları, müxtəlif ölçü və çeşiddə künclüklər, müxtəlif cür kağız dəsmallar, nəm kağız dəsmallar, tualet kağızları və s. istehsal edir.

Müəssisə “Keyfiyyət bizim həyatımızdır” şüarı altında aşağıda qeyd olunan dəyərləri  qarşısına məqsəd qoymuşdur:

·      Müştəri məmnuniyyətini təmin etmək;

·      Ətraf mühitə qarşı həssas olmaq;

·      İşçilərin bilik səviyyələrini artırmaq məqsədilə tədris və seminarlar təşkil etmək;

·      İnsanların fikirlərinə hörmətlə yanaşmaq və ondan faydalanmaq;

·      Dövlət və şirkət qanunlarına hörmətlə yanaşaraq, keyfiyyətli idarəetmə sistemini davamlı olaraq yaxşılaşdırmaq.

 

Azərbaycan Kağız və Karton İstehsalı Kombinatının əsas missiyası etibarlı və nümunəvi beynəlxalq qablaşdırma məhsulları və xidmətləri təqdim etmək, işçilərini inkişaf etdirən və onlarla birgə inkişaf edən bir qurum olmaq, cəmiyyətə verdiyi faydanı davamlı artırmaq və fəaliyyətində ətraf mühitin qorunmasını ön planda tutmaq, işini keyfiyyət idarə etmə sistemi çərçivəsində həyata keçirərkən insan sağlamlığını da diqqət mərkəzində saxlamaqdır. 

AKKİK-in tərkibində aşağıdakı qurumlar fəaliyyət göstərir:

·      Azərbaycan Kağız və Karton İstehsal Kombinatı 

·      Kağızın Təkrar Emalı Fabriki

·      Xırdalan Karton Fabriki

·      Təmizlik  Kağızları İstehsal Fabriki

·      Təmizlik Vasitələri Fabriki