temizlik-vasiteleri-fabriki

Azərsun Təmizlik Vasitələri Fabriki 01.04.2022 tarixindən istismara verilmişdir. Xammalı və qatqı məddələri Avropa ölkələrindən təmin olunan Təmizlik Vasitələri Fabriki ölkəni və regionu yuyucu vasitələrlə tam təmin etmək  imkanına malikdir. 

Layihə “Azərbaycan Kağız Karton İstehsalat Kombinatı” ilə birgə həyata keçirilərək, son dərəcə müasir texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuşdur.

Müəssisə ətraf  kəndllərdə  işsizliyin azaldılmasında mühüm rol oynayır.

1.4 hektar ərazini əhatə edən müəssisə 24 saat fəaliyyət göstərir və burada 100-dən çox işçi çalışır. Zavodun illik istehsal gücü 29 000 tondur. Məhsullar “Crystalex”, “Pure sense”, “Biodaxi”, “Oxywhite”, “Wipelex”, “Praxi” markaları adı altında müxtəlif  ölçülərdə və qablaşmalarda əl dəyməyən texnologiyalar vasitəsi ilə İtaliya, Türkiyə kimi ölkələrdən alınmış avadanlıqlardan istifadə edilməklə, istehsal olunan yuyucu və kimyəvi məhsullardır.

“Azərsun Təmizlik Vasitələri Fabriki” bu sahədə ən müasir texnologiyalardan istifadə edərək, yüksək keyfiyyətə malik təmizlik və yuyucu vasitələr istehsal edir.

Keyfiyyət siyasəti:

“Keyfiyyət həyat tərzidir” prinsipini əsas tutaraq, xammalın girişindən istehlakına qədər hər mərhələdə:

•          Keyfiyyətli məhsul istehsal etmək üçün Dövlət qanunları, Milli və Beynəlxalq standartların tələblərini bütün işçilərin iştirakı ilə tətbiq etmək və effektivliyini yaxşılaşdırmaq,

•          Hazır məhsul istehsal zənciri boyunca, məhsul və insan təhlükəsizliyini təmin etmək,

•          Beynəlxalq standartlar üzrə idarəetmə sistemlərinin inkişafına müsbət təsir edən qabaqcıl metodlardan istifadə etməklə müasir texnika və texnologiyaların tətbiqinə nail olmaq, standartlara uyğun yüksək keyfiyyətli və etibarlı məhsul istehsal etmək,

•          Gigiyena, ətraf mühit, insan sağlamlığı və təhlükəsizlik qaydalarına əməl etməklə lider müəssisə olmaq,

•          İşçilərin bilik, bacarıq və peşə təcrübələrin, həvəsləndirmə və tədris yolu ilə artırmaq,

•          Müştəri məmnuniyyətini təmin edərək, davamlı inkişafa nail olmaq,

•          Bütün fəaliyyətimizdə risk və aspektləri dəyərləndirərək, müvafiq tədbirlər görməklə etibarlı bir iş mühiti yaratmaq və bunun qorunması üçün tədbirlər almaq.