xirdalan-karton-fabriki

Azərbaycan Kağız və Karton İstehsalı Kombinatının Sumqayıt şəhərində yerləşən Xam Kağız fabrikində gedən istehsal prosesinin məntiqi davamı Azərbaycan Kağız və Karton İstehsalı Kombinatının Abşeron rayonu, Xırdalan şəhəri, keçid 1232 ünvanında yerləşən Karton Fabrikindəki istehsal prosesləri və son tamamlama işləri ilə yekunlaşır. Belə ki, respublikada fəaliyyət göstərən bütün növ istehlakçıların ehtiyaclarını ən yüksək səviyyədə müxtəlif növ qablaşdırma məhsulları ilə təmin etmək gücünə malik olan Azərbaycan Kağız və Karton İstehsalı Kombinatının Abşeron rayonu, Xırdalan şəhəri, keçid 1232 ünvanında yerləşən Karton Fabriki 1998-ci ildən “Azərsun Holdinq” şirkətlər qrupuna daxil olaraq istehsalat fəaliyyətinə başlamışdır. Holdinq tərəfindən böyük sərmayələr ayrılaraq müasir texnologiyaların tətbiqi  nəticəsində müəssisə bu gün Respublikanın Büzməli  Karton və Qutu məmulatlarına  olan illik  tələbatını ödəməyə qadirdir. Müəssisə hal - hazırda ölkə daxilində fəaliyyət göstərən istehlakçıların tələbatını istənilən rəng və dizaynda və 5 laylı büzməli karton qutular, qəlibdən çıxan müxtəlif növ tavalar, qutu üçün  xüsusi içlik və digər növ qablaşdırma məmulatları ilə təmin edən qabaqcıl müəssisələrdən biridir.

        Müəssisənin büzməli karton (çap edilməmiş) sahəsində ümumi illik istehsal gücü 145 mln m2, (Sumqayıt karton-list istehsal xətti 70 mln m2) təşkil edir. Ölkəmizin büzməli kartona (çap edilməmiş) olan təlabatı isə 85 mln m2-dır. Hazırkı vəziyyətdə fabrikimizin 1-ci istehsal xətti bütün ölkə tələbatını ödəmə qabiliyyətinə malikdir. 2-ci istehsal xəttinin yaradılması fabrikin  ixracat potensialını artıraraq ölkə hüdudlarından kənarda əlavə bazar payı qazanmağa, idxalçı ölkə statusunu ixracatçı ölkə statusuna çevirməyi qarşısına məqsəd qoymuş dövlətimizin siyasətinə töhfə verməyə yönəldilmişdir.

Fabrikdə istehsal olunan kağız məhsulları dünya standartlarına uyğun olub, bu adda məhsul istehsal edən qabaqcıl müəssisələr ilə rəqabət aparmaq gücünə malikdir. Burada Büzməli   Karton, Flekso ve ofset çaplı qutu, tava, seperator, yumurta kaset və karton list, müxtəlif növ künclüklər və etiketler istehsal edilir.

Fabrikdə Dövlət Akkretidasiyasından keçmiş laboratoriya fəaliyyət göstərir. Laboratoriyada mövcud olan bütün avadanlıq və cihazlar müntəzəm olaraq Holdingin müvafiq departamenti (NÖC) tərəfindən yoxlanılaraq, kalibrasiya edilir. Laboratoriyada xammal, büzməli karton və qutu məmulatlarının  keyfiyyət dəyərləri dövlət Standartları və İSO 9001:2000 sistemi əsasında ölçülür. Hazırda laboratoriyada xammalın (karton və kağız) cinsindən və qramajından asılı olaraq çəkisi, nəmliyi (%) yoxlanılır. Yarımməhsulların, büzməli kartonun–düzünə və dikinə əzilməyə qarşı dayanaqlılığı, laylanma metodu, qutunun sıxışdırma analizləri QOST standarta əsasən yoxlanılır. 

Kənd təsərüffatı sektoruna aid bütün çeşid qablaşdırma məhsulları, şirniyyat sektoruna aid bütün tiplərdə iç və çöl qablaşdırmalar, şərab, süd sektoru üçün karton qablaşdırma məhsulları, digər qida və qeyri-qida sektorlarının karton qablaşdırma məhsullarına olan ehtiyaclarını ödəmək imkanları vardır.