Gündəlik həyatımızda ən çox istifadə olunan əmtəə məhsullarından biri kağız və kağız məmulatlarıdır. Statistikaya əsasən, 1 ton ofis kağızının istehsalı üçün ən azı 10 ağac kəsilməlidir. İstifadə edilmiş kağızların yenidən emalı isə minlərlə ağacın, habelə böyük meşələrin xilasını mümkün edə bilər. Bu isə ətraf mühitin mühafizəsi və təbii sərvətlərimizə qənaət deməkdir. Kağız məhsul qrupu daxilində fəaliyyət göstərən Təkrar İstehsal Departamenti bu sahədə xüsusi ilə ixtisaslaşmışdır. Qeyd edilən təkrar xammala əsaslanan Azərsun Kağız Karton İstehsalatı Korporasiyasının fəaliyyətə başlaması kağız tullantıların təkrar istifadəsini təmin etməklə yanaşı, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayır. Əsası 2011-ci ildə qoyulan Təkrar İstehsal Departamenti respublikamızın bölgələri və Bakı şəhərində 100-ə yaxın kağız toplama mərkəzi, 100-ə yaxın personal, 18 toplama maşını və 150-dən çox tədarükçü ilə ayın bütün günləri daxil olmaqla daimi sürətdə 3000 tondan çox makalatura toplayır. Departament hal-hazırda demək olar ki, bütün dövlət orqanları (Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Mərkəzi Bank, ASAN xidmət, Miqrasiya komitəsi, Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi, Daxili Təhlükəsizlik Xidməti, ali təhsil müəssisələri, rayon təhsil mərkəzləri və s.), müəssisələr (SOCAR, BP, “AzərKimya İB”, Beynəlxalq Bank, Azercell, Bakcell və s.), müxtəlif xarici dövlətlərin ölkəmizdəki səfirlikləri ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
Bu məqsədlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ekologiya qrupu, “Azərkimya İB” ilə Sumqayıt məktəbliləri ilə görüş keçirilmiş və tədris verilmişdir. Həmçinin fəliyyətimizi daha da genişləndirmək və tanıtmaq üçün 2014 –cü ildən başlayaraq “İDEA” ictimai birliyi və “ASAN XİDMƏT” agentliyi ilə birgə “Hər vərəqi bir yarpağa dəyişək” layihəsinin icrasına başlanılmış, layihə çərçivəsində Sumqayıt şəhəri və respublikanın müxtəlif rayonlarında “Yaşıl Dağ” aksiyaları keçirilmiş və kağız tullantı yığılmışdır.
Azərsun Kağız Karton İstehsalatı Korporasiyasına daxil olan Təkrar Kağız Emalı Fabriki “Azərsun Holdinq” tərəfindən böyük həcmdə investisiyalar ayrılaraq 2011-ci ildən etibarən H.Z. Tağıyev qəsəbəsində yerləşən Azərsun Sənaye Parkı ərazisində qurulmağa başlamış və 25 Fevral 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istehsalata başlamışdır.
Müəssisədə ölkənin bütün bölgələrindən toplanmış tullantı kağızlarına yeni bir nəfəs verilərək, yenidən kağız halına salınır və beləcə müəssisə nəinki Azərbaycanın, bütün ölkələrin təbiətinin qorunmasına böyük töhfə vermiş olur. Müəssisə ISO 9001-2008 sertifikatına layiq görülmüşdür.
Müəssisə üzrə göstəricilər aşağıdakı kimidir:
İllik istehsal gücü—50 000 ton
İstehsal etdiyi kağız qramajları- 90 qr/m² – 250 gr/m²
İstehsal etdiyi kağızın növü- bir qatlı və iki qatlı Fluting və Liner Kağızları
Fabrik toplam 120,000 m2 sahəyə malikdir. Müəssisə Avropadan gətirilən müasir avadanlıq və texnologiyaları ilə təchiz edilmişdir. İstehsal edilən məhsulların keyfiyyəti, müştəri məmnuniyyəti istehsal prosesi üçün aparıcı rol oynadığından müəssisədə modern avadanlıqlarla təchiz edilmiş, ISO/IEC 17025 beynəlxalq sertifikatına layiq görülmüş və akkreditasiya olunmuş laboratoriya fəaliyyət göstərir.
Fabrikin məqsədi fəaliyyət göstərdiyi coğrafiyada müştərilərin istəyinə uyğun olan ən gözəl məhsul və xidmətləri təklif edərək, inkişaf etmiş iş gücü və texniki infrastrukturu ilə yeni standartlar yaratmağa köklənmiş, sosial və ekoloji məsələlərdə məsuliyyətli, fərqliliklərə və düşüncəyə dəyər verməsiylə tanınan nüfuzlu, etibarlı və ədalətli bir qurum olmaq, istehsal gücünü daim inkişaf etdirmək və genişləndirməklə Respublikanın kağız və karton məhsullarına olan təlabatını təhlükəsiz şəkildə təmin etməkdir.
Təkrar kağız emalı sayəsində ağaclar, təbiətdə olan minerallar və su qaynaqları qorunur. Kağızın təkrar emalı iqlim dəyişikliyinə səbəb olacaq zərərli qaz tullantılarının azaldılmasına kömək edir. Kağızı təkrar istifadə etmək ağaclardan yeni kağız yaratmaqdan 70% daha az enerji və su tələb edir. İstifadə olunmuş kağızlar atıldıqdan üç ay sonra çürümə başlayır. Bununla yanaşı kağız yeddi dəfə təkrar emal edilə bilər. Bu səbəbdən kağız tullantılarının qısa zamanda toplanması və təkrar emala qatılması vacib məsələlərdəndir.
Keyfiyyət siyasəti:
“AKKİK” rəhbərliyi bəyan edir ki, amalımız və məqsədimiz müştəri istəklərinə əsasən görülən hər bir işi keyfiyyətlə yerinə yetirib sifarişçinin etimadını qazanmaq üçün,
• keyfiyyət idarəetmə sisteminin şərtlərinə əməl etmək və davamlı təkmilləşdirmək,
• qanunvericiliyin tələblərinə əməl etmək,
• müştərinin istək və məmnunluğunu ön planda tutaraq, məhsullarımızı ən yüksək keyfiyyətdə və zamanında istehsal etmək,
• keyfiyyət, təhüləkəsizlik ve ekologiya sistemlərinin yaxşılaşdırılmasına müsbət təsir edən bütün metod və imkanlardan istifadə etmək,
• müasir texnika və texnologiyaları təqib etmək,
• personalın maarifləndirilməsi üçün tədris verərək, onların da bu təlimlərdə iştirakını təmin etmək.