1997-ci ildən “Azərsun Holdinq” daxilində Təmizlik Kağızları İstehsalı Fabriki fəaliyyətə başlamışdır. 2005-ci ildən sahə genişlənərək, Qafqaz Kağız Sənaye adı altında fəaliyyətini davam etdirmişdir. 2011-ci ildən Azərsun Kağız Karton İstehsalatı Korporasiyası tərkibində Təmizlik Kağızları İstehsalı Fabriki kimi fəaliyyətdədir.
İstehsal kataqoriyalarımız – kağız dəsmal, kağız əl dəsmalı, nəm dəsmal, müxtəlif cür tualet kağızları
Markalar - Sun, Aura və Papi
Fabrikdə xüsusi sifariş əsasında müştərilər üçün 300-dən çox müxtəlif çaplı salfetler və qutu salfetlər istehsal edilir. Keyfiyyətə nəzarət sistemi daxilində aparılan yoxlamalardan əlavə olaraq, fabrik AZS ve Səhiyyə Nazirliyinin apardiği yoxlamalar nəticəsində hər il Uyğunluq və Gigiyenik sertifikatları ilə təmin olunur. Əlavə olaraq, TSE tərəfindən İSO 9001 İdarəetmə Sisteminin də yoxlamaları mütəmadi olaraq aparılır. 2021-ci ildən Fabrik FSC sertifikatı almışdır.
Keyfiyyət siyasəti:
“AKKIK” rəhbərliyi bəyan edir ki, amalımız və məqsədimiz müştəri istəkləri nəzərə alınaraq, görülən hər bir işi keyfiyyətlə icra edib sifarişçinin etimadını qazanmaq üçün,
• Müştəri məmnuniyyətinə nail olmaq,
• Ətraf mühitə qarşı həssas olmaq,
• İnsanların fikirlərinə hörmətlə yanaşmaq və onlardan istifadə etmək,
• Keyfiyyət İdarəetmə Sistemi standartlarına və qanunların tələbinə əməl edərək, sistemin mükəmməlliyini daim saxlamaq,
• Lazımi təlimləri təşkil edərək, həmin təlimlərdə işçilərin iştirakını təmin etmək.